Özbəkistan və Qətər hərbi əməkdaşlıq haqqında memorandum imzalayıblar
Şəfa Hüseynli
Özbəkistan və Qətər müdafiə nazirləri Dohada keçirilən görüşdə regionda təhlükəsizlik sektorundakı inkişafları müzakirə ediblər.
Operativ Media xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.
Bildirilib ki, tərəflər regionda təhlükəsizlik sektorundakı son inkişaflar və xəbərlər nəzərdən keçirilib, mövcud şərait nəzərə alınmaqla hərbi əməkdaşlıq və birgə koordinasiya aspektləri müzakirə edilib.
Məlumata görə, görüşün sonunda Özbəkistan və Qətər arasında hərbi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.