Menyu

Eyfel qülləsinin bir hissəsi hərracda satılıb

Şəfa Hüseynli
Eyfel qülləsinin bir hissəsi hərracda satılıb

Fransada keçirilən hərracda Eyfel qülləsinin dolama pilləkəninin orijinal parçası təxminən 450.000 avroya satılıb.

Operativ Media xəbər verir ki, bu barədə "Arcurial" hərrac evi məlumat verib.

Bildirilib ki, satışa çıxarılan fraqment təxminən 2,7 metr hündürlükdədir və 14 pillədən ibarətdir. Hərracdan əvvəl onun dəyəri 120-150 min avro qiymətləndirilirdi. Lakin anonim bir fransız kolleksiyaçısı ən yüksək qiyməti təklif edərək unikal artefaktın sahibi olub.

Məlumata görə, bu pilləkən Eyfel qülləsinin ikinci və üçüncü mərtəbələrini birləşdirirdi. 1889-cu il Ümumdünya Sərgisinə gələnlər məhz bu pilləkənlərdən yuxarı qalxırdılar. Qüllə həmin sərgi üçün mühəndis Qustav Eyfel tərəfindən inşa edilmişdir.

Təxminən 1,4 ton ağırlığında olan tikili 40 ildən çox müddət ərzində şəxsi kolleksiyada saxlanılıb. Satılmadan əvvəl Eyfel qülləsi ilə işləyən mütəxəssislər tərəfindən bərpa edilib.


Əlaqəli Xəbərlər