Aİ Meksikaya 5 milyard avro sərmayə qoyacaq
Avropa İttifaqı və Meksika on illik danışıqlardan sonra yenidən işlənmiş ticarət və əməkdaşlıq müqaviləsi imzalayıblar.
Operativ Media xəbər verir ki, bu barədə "DW" məlumat yayıb.
Bildirilib ki, yeni müqaviləyə əsasən, Meksika Avropa İttifaqından idxal edilən mallara tətbiq edilən demək olar ki, bütün tarifləri aradan qaldıracaq.
Mexiko şəhərində keçirilən görüşdə Avropa Şurasının prezidenti Antonio Kosta, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Meksika prezidenti Klaudiya Şeynbaum iştirak edib.
Ursula fon der Leyen Avropa Birliyinin Meksikadakı infrastruktur layihələrinə 5 milyard avro sərmayə qoyacağını açıqlayıb.
Meksika İqtisadiyyat Nazirliyinin hesablamalarına görə, yeni müqavilə ölkənin Avropa Birliyinə ixracını 2030-cu ilə qədər təxminən 1,5 dəfə artıraraq ildə 31 milyard avroya çatdıra bilər.