Menyu

Uqandada üç yeni Ebola hadisəsi qeydə alınıb

Şəfa Hüseynli
Uqandada üç yeni Ebola hadisəsi qeydə alınıb

Uqandada Ebola virusuna yoluxanların sayı üç yeni halla qeydə alınıb və bununla da yoluxanların ümumi sayı beşə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə Uqanda Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yeni yoluxma halları arasında ilk Ebola xəstəsini xəstəxanaya aparan Uqandalı sürücü, xəstəni müalicə edərkən virusa yoluxan Uqandalı səhiyyə işçisi və Konqo Demokratik Respublikasından (KDR) olan bir vətəndaş var.

Bəyanatda bütün halların nəzarət altında olduğu, təmasların izlənməsinin aparıldığı və yerli icmada yoluxma hallarının aşkarlanmadığı qeyd olunub.

Əlaqəli Xəbərlər