Menyu

Serdar Kılıç regionda yeni nəqliyyat təşəbbüsünü dəstəkləyib

Operativ Media
Serdar Kılıç regionda yeni nəqliyyat təşəbbüsünü dəstəkləyib

Cənubi Qafqazda nəqliyyat və iqtisadi əməkdaşlıq istiqamətində yeni mesaj verilib.

Operativ Media xəbər verir ki, Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistandan yükdaşımaları üçün Axalkalaki–Qars dəmir yolunun açılması ilə bağlı paylaşımını bölüşüb.

Serdar Kılıç paylaşımında bildirib ki, bu addım Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində birbaşa ticarət istiqamətində atılan yeni addımdır.

O qeyd edib ki, təşəbbüs Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan arasında dördtərəfli əməkdaşlığın güclənməsinə, regional sülh və sabitliyə mühüm töhfə verəcək və bütün tərəflər üçün faydalı olacaq.

Əlaqəli Xəbərlər