Ana səhifə / Dünya / Filippində bina çöküb Filippində bina çöküb 24.05.2026, 14:51 Operativ Media Filippində tikilməkdə olan binanın çökməsi nəticəsində 40-a yaxın insan dağıntılar altında qalıb.Operativ Media xəbər verir ki, bu barədə DZBB radiosu məlumat yayıb.Bildirilib ki, hadisə Manilanın şimalında yerləşən Angeles şəhərində baş verib.Hazırda xilasetmə işləri davam edir.Qeyd olunub ki, indiyədək 24 nəfər xilas edilib, ölənlərlə bağlı məlumat daxil olmayıb.Hadisənin səbəbi araşdırılır.