Menyu

Oman və İran Hörmüz boğazında gəmi hərəkətini müzakirə edib

Operativ Media
Oman və İran Hörmüz boğazında gəmi hərəkətini müzakirə edib

Oman və İran nümayəndələri arasında keçirilən danışıqlarda Hörmüz boğazında gəmilərin hərəkət azadlığının təmin edilməsi prinsipləri müzakirə olunub.

Operativ Media xəbər verir ki, bu barədə Oman Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Sənəddə qeyd olunur ki, Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə İranın xarici işlər nazirinin müavini Kazım Qaribabadi arasındakı görüşdən sonra Oman və İran nümayəndə heyətlərinin geniştərkibli iclası keçirilib. İclasda beynəlxalq hüquq normalarına uyğun olaraq gəmilərin Hörmüz boğazından sərbəst keçidini tənzimləyən prinsiplər toplusu müzakirə edilib. Tərəflər gəmilərin təhlükəsiz hərəkətinin, ticarətin və tədarük zəncirinin təmin edilməsinin vacibliyinə dair fikir mübadiləsi aparıblar.

Bildirilir ki, bundan əvvəl əl-Busaidi Qaribabadini qəbul edib və İran rəsmisi ona İranın xarici işlər naziri Abbas Araqçinin şifahi ismarışını çatdırıb. Sözügedən ismarış "Pakistanın vasitəçiliyi ilə keçirilən İran-ABŞ danışıqları"na, həmçinin "hər iki ölkənin Hörmüz boğazında gəmilərin sərbəst hərəkətini təhlükəsiz və davamlı şəkildə bərpa etmək istəyi"nə aid olub.

Əlaqəli Xəbərlər