Menyu

İsrail ordusu “Hizbullah”a qarşı əməliyyatları genişləndirir

Operativ Media
İsrail ordusu “Hizbullah”a qarşı əməliyyatları genişləndirir
1 dəq oxu

İsrail Livandakı şiə hərəkatı "Hizbullah" əleyhinə döyüş əməliyyatlarını davam etdirəcək.

Operativ Media xəbər verir ki, bu haqda İsrail Müdafiə Ordusunun (SAXAL) Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir danışıb.

“Bu gün (24 may) şimal istiqamətində döyüş əməliyyatlarının davam etdirilməsi planlarını təsdiqlədim. Biz “Hizbullah”a və bu təşkilatın bütün terrorçu strukturlarına qarşı zərbələri gücləndirməkdə qətiyyətliyik”, — deyə Baş Qərargah rəisinin açıqlamasında bildirilir.

Zamir əlavə edib ki, “Hizbullah”a vurulan zərbələr sistemli və ardıcıl xarakter daşıyır: “Biz “Hizbullah” terrorçularına zərbələr endirməyə, onları məhv etməyə, həmçinin İsrailin şimal sakinləri və SAXAL qüvvələri üçün təhlükə yaradan obyektləri sıradan çıxarmağa davam edirik".

Əlaqəli Xəbərlər