21 Oktyabr 2022, 09:44
Belarus: "Polşa müharibəyə hazırlaşır"
Belarus: "Polşa müharibəyə hazırlaşır" şəkil
Belarus: "Polşa müharibəyə hazırlaşır"

Belarusun müdafiə naziri Viktor Hrenin Polşanın müharibəyə hazırlaşdığını bəyan edib. 

"Operativ Media" "Belta" xəbər agentliyinə istinadən xəbər verir ki, Hrenin Belarusun Qrodno şəhərinə səfər edib və Qərbin hərəkətləri ilə bağlı açıqlamalar verib.

NATO-nun Belarusun qonşu dövlətlərində hərbi infrastrukturunu inkişaf etdirdiyini bildirən Hrenin:

"Polşada quru qoşunları üçün bir deyil, iki əlavə mexanikləşdirilmiş birlik hazırlanıb. Əlavə birliklər şərqdə Bialystok şəhəri yaxınlığında yerləşdiriləcək. Polşa və Baltikyanı ölkələrin hava limanlarının yenilənməsi prosesi demək olar ki, başa çatıb. Bu, bu hava limanlarında 200-ə qədər döyüş təyyarəsinin yerləşdirilməsinə imkan verəcək. İttifaq gəmilərinin qəbulu üçün limanlar yenilənir. ABŞ Silahlı Qüvvələrinə məxsus texnika və material ehtiyatlarının istifadəsi üçün ərazilər yaradılır".

Polşa, Litva və Latviyada hərbi təlim mərkəzləri və poliqonların yenidən qurulduğunu qeyd edən Hrenin “minlərlə NATO əsgərinin yerləşdirilə biləcəyi düşərgələr yaradılıb” deyib.

Son xəbərlər
Gəncədə 35 yaşlı kişi bıçaqlanıb
Mirzoyan ATƏT-in baş katibi ilə görüşüb
Makron Böyük Britaniyaya səfər edəcək
Azərbaycan PL: "Şamaxı" "Kəpəz"i məğlub etdi
Abbas Əraqçi: ABŞ ilə danışıqlar səmərəli ola bilər
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 25 nəfər ölüb
ABL: "Gəncə" "Şəki"ni məğlub etdi
Binəqədidə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı