Menyu

Braziliyada avtobusla yük maşınının toqquşması nəticəsində səkkiz nəfər ölüb, 10 nəfər yaralanıb

Şəfa Hüseynli
Braziliyada avtobusla yük maşınının toqquşması nəticəsində səkkiz nəfər ölüb, 10 nəfər yaralanıb

Braziliyanın cənub-şərqindəki Minas-Jerays ştatında sərnişin avtobusu ilə yük maşını arasında baş verən toqquşma nəticəsində ən azı səkkiz nəfər ölüb, 10 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə "CNN Brasil" məlumat yayıb.

İlkin məlumatlara görə, qəza ştatın şimal-şərqindəki Santa-Kruz-de-Salinas bələdiyyəsindəki federal magistral yolda baş verib. Güclü toqquşmadan sonra avtobus aşıb və hər iki nəqliyyat vasitəsi yanıb.

Magistral yol hazırda nəqliyyatın hərəkəti üçün tamamilə bağlanıb.

Əlaqəli Xəbərlər