Qırğızıstanda "Starlink" peyk interneti istifadəyə verilib
Şəfa Hüseynli
Amerikalı sahibkar İlon Maskın SpaceX şirkətinə məxsus "Starlink" peyk internet şəbəkəsi Qırğızıstanda rəsmi olaraq fəaliyyətə başlayıb.
Operativ Media xəbər verir ki, bu barədə "Uza" məlumat yayıb.
Bildirilib ki, bu ilin 23 may tarixindən etibarən ölkə layihənin qlobal xəritəsində "xidmət mövcud olan" ərazilər siyahısına daxil edilib.
Məlumata görə, layihənin başlanması üçün bütün zəruri texniki, hüquqi sənədlər və icazələr tam şəkildə işlənib. Bu texnologiya, ənənəvi rabitə infrastrukturunun çatmaqda çətinlik çəkdiyi ucqar və dağlıq ərazilərdəki yaşayış məntəqələrinə, məktəblərə və xəstəxanalara yüksək keyfiyyətli internet çıxışı təmin etməkdə xüsusilə vacibdir.