Menyu

Livanın cənubunda pilotsuz təyyarənin hücumu nəticəsində İsrail əsgəri həlak olub

Xəbərlər redaksiyası
Livanın cənubunda pilotsuz təyyarənin hücumu nəticəsində  İsrail əsgəri həlak olub

İsrail ordusu Livanın cənubunda daha bir əsgərinin öldüyünü bildirib.

Operativ Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ölən şəxs 19 yaşlı çavuş Nehorai Leizer olub. Bir əsgər yoldaşı da ağır yaralanaraq xəstəxanaya təxliyə edilib.

Dövlət televiziyasının məlumatına görə, hadisəyə Hizbullah şiə təşkilatının silahlı qüvvələri tərəfindən partlayıcı maddələrlə yüklənmiş dron hücumu səbəb olub. 

Əlaqəli Xəbərlər