Menyu

Reuters: İran nümayəndə heyəti ABŞ ilə razılaşmanı müzakirə etmək üçün Dohaya gəlib

Operativ Media
Reuters: İran nümayəndə heyəti ABŞ ilə razılaşmanı müzakirə etmək üçün Dohaya gəlib

İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin də daxil olduğu İran nümayəndə heyəti, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Sani ilə ABŞ ilə mümkün razılaşma ilə bağlı məsləhətləşmələr aparmaq üçün Dohaya gəlib.

Operativ Media xəbər verir ki, bu barədə Reuters mənbəyə istinadən məlumat yayıb.

Reuters agentliyi mənbəyə istinadən bildirib ki, səfərin məqsədi münaqişəyə son qoymaq yollarını müzakirə etməkdir.

Mənbənin sözlərinə görə, məsləhətləşmələr Hörmüz boğazı ətrafındakı vəziyyətə və İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarına yönələcək.

Agentliyin mənbəyi əlavə edib ki, nümayəndə heyətinə İran Mərkəzi Bankının sədri də daxil olub. Onun yekun razılaşmanın bir hissəsi olaraq İran aktivlərinin dondurulmasının mümkün ləğvi ilə bağlı müzakirələrdə iştirak etməsi gözlənilir. 

Əlaqəli Xəbərlər