Rubio Ermənistana səfəri zamanı anlaşma memorandumu imzalayacaq
İrəvanda səfərdə olan ABŞ-nin Dövlət katibi Marko Rubio mayın 26-da Ararat Mirzoyan ilə birgə qarşılıqlı anlaşma memorandumu imzalayacaq.
Operativ Media xəbər verir ki, bu barədə məlumat ABŞ xarici siyasət idarəsi rəhbərinin bazar ertəsi günü açıqlanmış iş qrafikində yer alıb.
Sənəddən məlum olur ki, Rubio ilə Mirzoyan arasında görüş Bakı vaxtı ilə saat 15:30-da baş tutacaq. Saat 16:00-da isə onlar məzmunu açıqlanmayan memorandumu imzalayacaqlar.
Ermənistan Xarici İşlər Nazirliyi mayın 25-də Rubionun İrəvana səfər edəcəyi barədə məlumat yayıb. Nazirliyin dəqiqləşdirdiyi məlumata görə, Rubio ilə Mirzoyan arasında keçiriləcək görüşün yekununda ikitərəfli sənədlərin imzalanması planlaşdırılır, həmçinin tərəflər mətbuat üçün bəyanatlarla çıxış edəcəklər.