İsrailin Livanda hava hücumu nəticəsində 12 nəfər həlak olub
Operativ Media
İsrailin Livana endirdiyi hava hücumu nəticəsində 12 nəfər həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Bildirilib ki, zərbə Livanın şərqindəki Bekaa vadisindəki kəndə endirilib.
Həmçinin, hücumlardan sonra İsrail Müdafiə Qüvvələri Livanın cənubuna mümkün hücumlar barədə xəbərdarlıq edib və Nəbatiyə şəhərinin sakinlərini təxliyə etməyə çağırıb.