Menyu

Ölkədə son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

Əziz Əzizli
Ölkədə son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Operativ Media"ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 829 799 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 172 nəfər müalicə olunaraq sağalıb, 10 184 nəfər vəfat edib, aktiv xəstə sayı 443 nəfərdir.

Ölkədə son sutka ərzində 1155, hazırkı dövrədək isə 7 559 748 test aparılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər