Polşa ABŞ-dən "Patriot" raketlərinin istehsalı üçün ilkin icazə alıb
Şəfa Hüseynli
Polşa ABŞ-dən "Patriot" sistemi üçün raket istehsalı üçün ilkin razılıq alıb.
Operativ Media xəbər verir ki, bu barədə Polşa mediası müdafiə nazirinin müavini Sezari Tomçikin açıqlamasına istinadən bildirib.
"Dövlət Departamentindən "Patriot" sistemi üçün raket istehsalına ilkin razılıq aldıq. Onlar Polşa müdafiə sənayesində istehsal olunacaq. Polşada belə istehsal imkanlarımız var", - Tomçik deyib.
Nazir müavini izah edib ki, bu cür raketlərin istehsalı üçün Polşa-Amerika konsorsiumu yaradıla bilər.
Tomçik həmçinin bildirib ki, Polşa F-35 qırıcı təyyarələrinə, "Apache" helikopterlərinə, HIMARS raket buraxıcılarına və "Patriot" raket sisteminə investisiyalarla əlaqədar olaraq bu avadanlıq üçün bütün xidmət müəssisələri tikiləcək.