Menyu

Qırğızıstanın xarici işlər naziri BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb

Şəfa Hüseynli
Qırğızıstanın xarici işlər naziri BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb

Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər cari beynəlxalq və regional məsələləri, eləcə də Qırğızıstan Respublikası ilə BMT arasında əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər.


Əlaqəli Xəbərlər