İsrailin Livanda endirdiyi hava zərbələri nəticəsində 30-dan çox insan həlak olub
Operativ Media
Livanda gecə hava hücumları nəticəsində 30-dan çox insan həlak olub, onlarla insan yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənub və şərqindəki şiə təşkilatı Hizbullahın qalası kimi xidmət edən kəndlərə bir sıra zərbələr endirib. Məlumata görə, 31 nəfər ölüb, 40 nəfər yaralanıb. Qurbanlar arasında dörd uşaq və üç qadın da var.
Livan Səhiyyə Nazirliyi bildirib ki, 2 martda hərbi eskalasiya başlayandan bəri ölən mülki şəxslərin ümumi sayı 3213 nəfərə, yaralıların sayı isə 9737 nəfərə çatıb.