İran və Oman Hörmüz boğazından keçid prosedurunu müzakirə edirlər
Şəfa Hüseynli
İran və Oman Hörmüz boğazından keçid prosedurlarının hazırlanması üçün danışıqlar aparırlar.
Operativ Media xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əli Baqiri bildirib.
"İran və Oman qonşu dövlətlər olaraq, Hörmüz boğazından keçid üçün yeni bir mexanizm müəyyən edilənə qədər birlikdə danışıqlar aparırlar", - deyə o bildirib.