Menyu

İspaniya XİN Yuri Klimenkonu çağırıb

Operativ Media
İspaniya XİN Yuri Klimenkonu çağırıb
1 dəq oxu

İspaniya Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynaya son hücumları ilə bağlı bu ölkənin Madriddəki səfiri Yuri Klimenkonu çağırıb.

Operativ Media bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Krallığın Xarici İşlər Nazirliyi Rusiyanın xarici vətəndaşların Kiyevi tərk etmələri ilə bağlı tövsiyələrdən narazılığını bildirib.

Rusiya bəyan edib ki, Kiyevə hücumlar Ukraynanın mayın 22-nə keçən gecə Luqansk Dövlət Pedaqoji Universitetinin Starobilsk Pedaqoji Kollecinin yataqxanası və tədris binasına endirdiyi zərbələrə cavabdır. Kollecə edilən hücum nəticəsində 21 tələbə ölüb, 40-dan çox tələbə müxtəlif dərəcələrdə yaralanıb.

Ukraynanın hərəkətlərinə cavab olaraq, 25 mayda Rusiya Xarici İşlər Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Kiyevdəki hərbi-sənaye kompleksi obyektlərinə sistematik zərbələr endirdiyini açıqlayıb.

Əlaqəli Xəbərlər