Tramp: Vaşinqton İrana qarşı sanksiyaları yumşaltmaq niyyətində deyil
Operativ Media
"İran çox qətiyyətlidir, onlar razılaşmaq istəyirlər. İndiyə qədər bizi qane edən bir nöqtəyə çatmayıblar, amma çatacaqlar. Ya buna nail olacağıq, ya da işi bitirməli olacağıq".
Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp əlavə edib ki, Vaşinqton Tehranın zənginləşdirilmiş urandan imtina etməsi müqabilində İrana qarşı sanksiyaları yumşaltmaq niyyətində deyil: "Xeyr, bu, qətiyyən doğru deyil. Sanksiyaların yumşaldılması olmayacaq. İran sanksiyaların yumşaldılması müqabilində zənginləşdirilmiş uranlarından imtina etməyəcək".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net