Menyu

Almaniyada avtomobil məktəbliləri vurub

Operativ Media
Almaniyada avtomobil məktəbliləri vurub

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Dinslaken şəhərində avtomobilin bir qrup məktəblini vurması nəticəsində iki şagird həlak olub.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, qadın sürücünün idarə etdiyi avtomobil naməlum səbəbdən məktəb yaxınlığında hərəkət zolağından çıxaraq üç şagirdi vurub. Avtomobil zərbənin təsirindən daha sonra yol kənarında park edilmiş üç nəqliyyat vasitəsinə dəyib. Qəza nəticəsində ağır xəsarətlər alan iki məktəbli ölüb. Digər uşaq isə yüngül xəsarətlər alıb. Avtomobilin sürücüsünün də ağır yaralandığı bildirilir.

Polis və prokurorluq tərəfindən araşdırma aparılır. Hadisənin səbəbi hələlik müəyyən edilməyib. Lakin ilkin məlumata əsasən, hadisənin qəsdən törədilmədiyi ehtimal olunur. Mediada yayılan xəbərlərdə qəzaya sürücünün səhhətində qəfil yaranmış problemin səbəb olduğu qeyd edilib.

Əlaqəli Xəbərlər