İsrail ordusu Livanın cənubundakı Tir şəhərinə hava hücumları edib
Operativ Media
Atəşkəsə baxmayaraq, İsrail ordusu Livanın cənubundakı Tir şəhərinə hava hücumları edib.
Operativ Media xəbər verir ki, İsrail aprelin 17-də qüvvəyə minən və mayın 17-dən etibarən 45 gün uzadılan atəşkəsə baxmayaraq, Livana hücumlarını davam etdirir.
İsrail ordusunun açıqlamasında deyilir ki, Livanın cənubundakı Tir şəhəri və ətrafdakı hərbi obyektlər hədəf alınıb.
Hücumlar zamanı Hizbullahın qərargahının vurulduğu bildirilir.
İsrailin Baş naziri Benyamin Netanyahu mayın 25-də orduya Livana hücumları gücləndirmək barədə göstəriş verib.