Menyu

24 saat ərzində 56 livanlı həlak olub

Operativ Media
24 saat ərzində 56 livanlı həlak olub

Son 24 saat ərzində İsrailin Livana endirdiyi hava zərbələri nəticəsində ən azı 56 livanlı həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Son 24 saat ərzində İsrailin ölkənin cənub və şərq bölgələrinə endirdiyi hava zərbələri nəticəsində ən azı 56 livanlı həlak olub. Daha 103 nəfər yaralanaraq xəstəxanalara yerləşdirilib. Martın 2-də hərbi eskalasiyanın başlamasından bəri həlak olan vətəndaşların ümumi sayı 3269-a, yaralıların sayı isə 9840-a çatıb" - məlumatda qeyd olunur

Xilasetmə qrupları intensiv bombardmanlara məruz qalan cənubdakı Nəbatiyə əyalətində və Bekaa vadisindəki kəndlərdə dağıntıları təmizləməyə davam edir. Səhiyyə Nazirliyi günün sonuna qədər itki və yaralıların sayının arta biləcəyini qeyd edib.

Əlaqəli Xəbərlər