Menyu

ABŞ Dövlət Katibi Azərbaycanı təbrik edib

Operativ Media
ABŞ Dövlət Katibi Azərbaycanı təbrik edib

ABŞ Dövlət Katibi Marko Rubio Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

Operativ Media xəbər verir ki, bəyanatda bildirilib ki, son bir il ərzində ABŞ və Azərbaycan arasında münasibətlər Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəlib. 

Qeyd olunub ki, bu proses ABŞ vitse-prezidenti JD Vance və Prezident İlham Əliyev tərəfindən Bakıda Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə yekunlaşıb.

ABŞ tərəfi regional əlaqələrin genişləndirilməsi, iqtisadi əməkdaşlığın inkişafı və təhlükəsizlik sahəsində tərəfdaşlığın daha da gücləndirilməsində maraqlı olduqlarını vurğulayıb.

Bəyanatda həmçinin Azərbaycanın Cənubi Qafqazda davamlı sülhə sadiqliyi alqışlanıb və bu istiqamətdə əməkdaşlığın davam etdiriləcəyi bildirilib.

“Gələcəkdə tərəfdaşlığımızı daha da dərinləşdirməyi səbirsizliklə gözləyirik”, – deyə bəyanatda qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər