Menyu

Moldova XİN: Azərbaycanla konstruktiv dialoqu yüksək qiymətləndiririk

Operativ Media
Moldova XİN: Azərbaycanla konstruktiv dialoqu yüksək qiymətləndiririk

Moldova Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə maraqlı olduğunu bildirib.

Operativ Media xəbər verir ki, Moldova XİN müvafiq paylaşımı "X" sosial şəbəkəsində dərc edib.

"Azərbaycanı Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirik! Moldova ölkələrimiz arasındakı dostluq münasibətlərini və konstruktiv dialoqu yüksək qiymətləndirir, həmçinin siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə ümid edir", - məlumatda bildirilib.

Əlaqəli Xəbərlər