Menyu

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Operativ Media
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı Müstəqilli Günü münasibətilə təbrik edib.

Operativ Media xəbər verir ki, nazirlik bu barədə "X" sosial media hesabında yazıb.

"28 May 1918-ci ildə yüksələn istiqlal ruhu bu gün də Türkiyə və Azərbaycanın qəlbində yaşayır.

Qardaş ölkə Azərbaycanın Müstəqillik Gününü təbrik edir, nəcib Türk millətinin ayrılmaz parçası olan Azərbaycan xalqını qürurla salamlayırıq.

Vətəni uğrunda canından keçən əziz şəhidlərimizi rəhmət və minnətdarlıqla yad edir, qəhrəman qazilərimizə dərin təşəkkürümüzü bildiririk", - paylaşımda qeyd olunub.

Əlaqəli Xəbərlər