Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu gün Qazaxıstana səfər edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
O, qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevin dəvəti ilə mayın 29-da Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün Astanaya işgüzar səfər edəcək.
Mətbuat xidmətindən əlavə edilib ki, "Zirvə görüşünün gündəliyinə təşkilat daxilində çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi məsələləri daxildir. Praktik əməkdaşlığın prioritet sahələri müzakirə olunacaq".