Menyu

KİV: Tayvan 2026-cı ildə ABŞ-dən 280 milyon dollar dəyərində silah alacaq

Operativ Media
KİV: Tayvan 2026-cı ildə ABŞ-dən 280 milyon dollar dəyərində silah alacaq

Tayvan Parlamenti 2026-cı il üçün 8,81 milyard Tayvan dolları (təxminən 272 milyon ABŞ dolları) məbləğində xüsusi müdafiə büdcəsini yekdilliklə təsdiqləyib.

Operativ Media “Taipei Times” qəzetinin məlumatına istinadən xəbər verir ki, bu vəsait ABŞ-dən beş növ silah sisteminin alınmasının ilkin mərhələsini maliyyələşdirəcək. 

Ümumilikdə isə adanın hökuməti Vaşinqtonun təsdiqlədiyi bu çoxmərhələli silah paketi üçün 294,9 milyard Tayvan dolları (təxminən 9,1 milyard ABŞ dolları) həcmində xüsusi büdcə ayırıb.

Əlaqəli Xəbərlər