Menyu

Fars: İran danışıqları davam etdirmək üçün ABŞ-dən 12 milyard dollar tələb edir

Operativ Media
Fars: İran danışıqları davam etdirmək üçün ABŞ-dən 12 milyard dollar tələb edir

İran-ABŞ razılaşmasının bir hissəsi xaricdəki dondurulmuş aktivlərdən Tehrana 12 milyard dolların dərhal ödənilməsini əhatə edir. Yalnız bundan sonra İslam Respublikası əlavə dialoqa başlayacaq. 

Operativ Media xəbər verir ki, bu barədə Fars xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb.

Agentliyin mənbəsi qeyd edib ki, "ABŞ Prezidenti Donald Trampın qeyd etmədiyi razılaşmanın ən vacib hissəsi dondurulmuş İran aktivlərinin 12 milyard dollarının dərhal ödənilməsi şərtidir. 

Razılaşmanın mətninə görə, bu məbləğ dərhal ödənilməlidir və bu ödəniş edilənə qədər İran əlavə danışıqlara girməyəcək".


Əlaqəli Xəbərlər