Menyu

Rusiya Ermənistandakı səfirini Moskvaya çağırıb

Operativ Media
Rusiya Ermənistandakı səfirini Moskvaya çağırıb

Rusiyanın Ermənistandakı səfiri məsləhətləşmələr üçün Moskvaya çağırılıb.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfir Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində atdığı addımlarla əlaqədar məsləhətləşmələr aparmaq üçün Moskvaya dəvət olunub.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığa mənfi təsir göstərir. 

Nazirliyin qiymətləndirməsinə görə, bu proses Avrasiya İqtisadi İttifaqı daxilində qarşılıqlı fəaliyyətə zərər vurur.

Əlaqəli Xəbərlər