Menyu

Zelenski Rusiya vətəndaşları və şirkətlərinə qarşı sanksiyalar tətbiq edib

Operativ Media
Zelenski Rusiya vətəndaşları və şirkətlərinə qarşı sanksiyalar tətbiq edib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya vətəndaşları və bir sıra ölkələrdə qeydiyyatdan keçmiş şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edib.

Operativ Media xəbər verir ki, bu barədə prezidentin rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, Zelenski iki fərman imzalayaraq Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) saksiyalarının Avropa İttifaqının sanksiya qərarları ilə sinxronlaşdırılması barədə qərarını qüvvəyə mindirib.

Avropa İttifaqının 20-ci sanksiyalar paketi çərçivəsində tətbiq olunan məhdudiyyətlər ümumilikdə 120 fiziki və hüquqi şəxsi əhatə edir. Həmin şəxslərin və qurumların bir hissəsi artıq Ukraynanın sanksiya siyahısında yer alır.

Yeni qərar çərçivəsində daha 16 Rusiya vətəndaşı və Rusiya, Belarus, BƏƏ, Qırğızıstan, Qazaxıstan və Özbəkistanda fəaliyyət göstərən 31 şirkətə qarşı məhdudiyyətlər də tətbiq olunub.

Sanksiya siyahısına Rusiyanın strateji müəssisələrinin, büdcə təşkilatlarının və ordu bölmələrinin rəhbərləri daxil edilib.

Bundan başqa, siyahıda Rusiyanın hərbi-sənaye kompleksi müəssisələri, radioelektron mübarizə sistemləri istehsalçıları, pilotsuz uçuş aparatları üçün proqram təminatı və komponentlər hazırlayan şirkətlər, eləcə də neft, qaz və qızıl hasilatı ilə məşğul olan müəssisələr yer alıb.

Əlaqəli Xəbərlər