Menyu

ABŞ və Kubanın yüksək vəzifəli hərbi rəsmiləri görüş keçiriblər

Operativ Media
ABŞ və Kubanın yüksək vəzifəli hərbi rəsmiləri görüş keçiriblər

ABŞ və Kubanın yüksək vəzifəli hərbi rəsmiləri iki ölkə arasında münasibətlərin pisləşməsi fonunda Quantanamo bazasında görüş keçiriblər.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı Mərkəzi məlumat verib.

Bildirilir ki, Cənub Komandanlığının rəhbəri general Fransis Donovan əməliyyat təhlükəsizliyi məsələlərini qısa müzakirə etmək üçün kubalı general Roberto Leqras Sotolonqo ilə görüşüb.

Görüş Quantanamo körfəzindəki ABŞ hərbi dəniz bazasının perimetri yaxınlığında baş tutub.

ABŞ tərəfinin məlumatına görə, Donovan həmçinin obyektin təhlükəsizlik qiymətləndirməsini aparıb və baza rəhbərliyi ilə hərbi qulluqçuların, onların ailələrinin qorunması və döyüş hazırlığının saxlanılması məsələlərini müzakirə edib.

Kuba İnqilabi Silahlı Qüvvələr Nazirliyi görüşü müsbət adlandırıb və tərəflərin hərbi strukturlar arasında gələcək əlaqələri davam etdirmək barədə razılığa gəldiyini bildirib.

Əlaqəli Xəbərlər