ABŞ, Böyük Britaniya və Avstraliya yeni sualtı dron texnologiyası inkişaf etdirəcək
Şəfa Hüseynli
ABŞ, Böyük Britaniya və Avstraliya AUKUS müdafiə alyansının bir hissəsi olaraq yeni sualtı dron texnologiyası inkişaf etdirəcək.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ, Böyük Britaniya və Avstraliya sualtı kabellərini qorumaq və müdafiə qabiliyyətlərini artırmaq üçün yeni sualtı dron (UUV) texnologiyası hazırlayacaqlarını Sinqapurda keçirilən təhlükəsizlik sammiti çərçivəsində üç ölkənin müdafiə nazirləri açıqlayıb.
Məlumata görə, texnologiyanın gələn il hazır olacağı gözlənilir.
Layihənin ümumi dəyəri açıqlanmasa da, Britaniyanın müdafiə naziri Con Heali bildirib ki, Böyük Britaniya 150 milyon funt sterlinq ayıracaq.