Menyu

Estoniya 2040-cı ilə qədər qadınlar üçün məcburi hərbi xidmət tətbiq edə bilər

Şəfa Hüseynli
Estoniya 2040-cı ilə qədər qadınlar üçün məcburi hərbi xidmət tətbiq edə bilər

Estoniya kişilərin doğum nisbətinin kəskin şəkildə azalmasını əsas gətirərək, növbəti 15 il ərzində qadınlar üçün məcburi hərbi xidmət tətbiq etmək məcburiyyətində qala bilər.

Operativ Media xəbər verir ki, bu barədə "TVP World" məlumat yayıb.

Bildirilib ki, NATO üzvü olan dövlət artıq müdafiə ehtiyaclarını yalnız kişilər hesabına ödəyə bilməyəcək.

Estoniya Müdafiə Resursları Agentliyinin rəhbəri Anu Rannaveski bildirib ki, hərbi xidmət yaşına çatmış gənc kişilərin sayı azalır, bu da Baltikyanı dövlətin 2040-cı ilə qədər uzunmüddətli müdafiə planlarında lazım olan əsgər sayını təmin edə bilməyəcəyi deməkdir.



Əlaqəli Xəbərlər