İtaliya Rumıniyaya 100 hərbçi və qırıcı təyyarə göndərəcək
Şəfa Hüseynli
İtaliya Rumıniyaya təxminən 100 hərbi qulluqçu və bir neçə qırıcı təyyarə göndərəcək.
Operativ Media xəbər verir ki, bu barədə "Republic" qəzeti hökumət mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, bu qüvvələr Rumıniya Silahlı Qüvvələrinin təlimi üçün xüsusi hərbi təlimdə iştirak edəcəklər. Təlimin iyunun 15-də başlaması və ən azı bir ay davam etməsi planlaşdırılır. Artıq Rumıniyadakı hava bazasında kiçik bir hərbi qrup yerləşdirilib.
Nəşr qeyd edib ki, təlimlər Qara dəniz sahilindəki Konstansa şəhəri yaxınlığındakı hava bazasında keçiriləcək. Ərazidə həmçinin təxminən 4500 Amerika əsgəri yer alır.