Menyu

Əfqanıstanda miqrantları daşıyan yük maşını aşıb: 18 nəfər ölüb

Şəfa Hüseynli
Əfqanıstanda miqrantları daşıyan yük maşını aşıb: 18 nəfər ölüb

Əfqanıstanın şərqində Pakistandan qayıdan əfqan miqrantları daşıyan yük maşınının aşması nəticəsində qadın və uşaqlar da daxil olmaqla ən azı 18 nəfər həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə "Əl-Cəzirə" yerli rəsmilərə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə Lağman əyalətinin Qarqay rayonunda baş verib. Taliban hökumətinin sözçüsü Zəbihullah Mücahidin sözlərinə görə, miqrant ailələri və onların əşyalarını daşıyan yük maşını Surxakan qovşağının yaxınlığında yoldan çıxıb.

Vilayət səhiyyə idarəsinin rəisi Əminullah Şərif sürücünün sükan arxasında yuxuya getdiyini və avtomobilin yol kənarındakı dərəyə düşdüyünü bildirib.

Rəsmilər ölənlər arasında ən azı 10 uşağın olduğunu bildirir. 30-dan çox insan yaralanıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.


Əlaqəli Xəbərlər