Menyu

ABŞ narkotik ticarətçilərinin gəmisinə zərbə endirib

Operativ Media
ABŞ narkotik ticarətçilərinin gəmisinə zərbə endirib

Amerika hərbçiləri şənbə günü Sakit okeanın şərqində narkotik qaçaqmalçılığı üçün istifadə edilən gəmiyə zərbə endirib.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" sosial şəbəkəsində bildirib.

"Kəşfiyyat gəminin Sakit okeanın şərqində məlum narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət etdiyini və narkotik qaçaqmalçılığı üçün istifadə olunduğunu təsdiqləyib", - paylaşımda bildirilir.

Hərbçilərin məlumatına görə, zərbə nəticəsində üç nəfər ölüb, ABŞ hərbçilərindən heç biri xəsarət almayıb.

Xatırladaq ki, Pentaqon rəhbəri Pit Heqset 2025-ci ilin noyabrında narkotik kartelləri ilə mübarizə aparmaq üçün "Cənubi nizə" əməliyyatının başladığını elan edib.

Əlaqəli Xəbərlər