Menyu

SEPAH: ABŞ-yə məxsus pilotsuz uçuş aparatı vurulub

Operativ Media
SEPAH: ABŞ-yə məxsus pilotsuz uçuş aparatı vurulub

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus MQ-1 tipli pilotsuz uçuş aparatının İranın ərazi suları üzərində vurulduğunu açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlunat yayıb.  

SEPAH bəyan edib ki, pilotsuz aparat İranın hava məkanını pozaraq kəşfiyyat xarakterli fəaliyyət həyata keçirməyə cəhd göstərib. 

Bildirilib ki, hədəf hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar olunaraq raket zərbəsi ilə məhv edilib. 

Açıqlamada vurğulanıb ki, İranın hava məkanı və ərazi suları tam nəzarət altındadır və istənilən pozuntuya qətiyyətlə cavab veriləcək.

ABŞ tərəfi isə hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər