Menyu

CNN: İran raket anbarlarına aparan girişlərin əksəriyyətini yenidən açıb

Operativ Media
CNN: İran raket anbarlarına aparan girişlərin əksəriyyətini yenidən açıb

İran ABŞ Silahlı Qüvvələrinin hərbi əməliyyat çərçivəsində endirdiyi zərbələr nəticəsində giriş yolları uçqun altında qalmış 18 iri yeraltı raket silahı saxlama obyektinə yenidən çıxışı bərpa edə bilib.

Operativ Media-nın məlumatına görə, bu barədə bazar günü CNN telekanalı peyk çəkilişlərinin məlumatlarına istinadən xəbər yayıb.

Qeyd edilib ki, İran tərəfi bu bazaların tunel sistemlərinə aparan 69 girişdən 50-ni təmizləyə bilib. Mütəxəssislərin fikrincə, bu, İrana yeraltı anbarlardan sursatların operativ çıxarılması sayəsində İsrailə və Yaxın Şərq regionunun digər dövlətlərinə qarşı daha çox sayda uzunmənzilli ballistik raket buraxılışı həyata keçirmək imkanı verir.

"Analitiklər hesab edirlər ki, İranın yeraltı anbarlarında təxminən 1000 raket cəmlənib", – telekanal bildirib.

Peyk çəkilişlərinin məlumatları göstərir ki, İran tərəfi yeraltı obyektlərə keçidləri bərpa etmək üçün mürəkkəb olmayan tikinti texnikası – buldozerlər və yük avtomobilləri cəlb edib. Bundan əlavə, giriş yolları da qaydaya salınıb. CNN-in sorğu keçirdiyi ekspertlər vurğulayıblar ki, əldə edilən görüntülər İsrail-Amerikanın birgə bombardman əməliyyatının nəticələrinin məhdudluğunu nümayiş etdirir və Tehranın raket potensialını tunellərin girişlərinə intensiv və son dərəcə baha başa gələn zərbələr vasitəsilə aradan qaldırmaq mümkün olmayıb.

Mütəxəssislərin fikrincə, İranın iyirmi ildən əvvəl tikintisinə başlanmış geniş şaxələnmiş yeraltı raket bazaları şəbəkəsi onun raketləri və buraxılış kompleksləri üçün əhəmiyyətli müdafiə səviyyəsi təmin edir. Obyektlərin yerləşdiyi xeyli dərinlik Amerika və İsrail zərbələrinin bu bazalara qarşı effektivliyini əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Pentaqonun rəsmi nümayəndəsi Şon Parnell CNN-in jurnalist araşdırmasının nəticələri barədə şərhlərdən yayınıb və əvvəllər səsləndirilmiş bəyanatı təkrarlayaraq bildirib ki, ABŞ Silahlı Qüvvələri dünyanın ən döyüşkən ordusudur və prezidentin qərarı ilə istənilən vaxt, dünyanın istənilən nöqtəsində tapşırıqları yerinə yetirmək üçün bütün lazımi vasitələrə malikdir.

Əlaqəli Xəbərlər