Menyu

Tramp: İranla hazırlanmış sazişin əsas hissəsi nüvə proqramına həsr olunub

Operativ Media
Tramp: İranla hazırlanmış sazişin əsas hissəsi nüvə proqramına həsr olunub

ABŞ Prezidenti Donald Tramp CNN və digər media qurumlarının İranla hazırlanan sazişin Tehranın nüvə proqramına aid olmadığı barədə iddialarını təkzib edib.

Operativ Media xəbər verir ki, o, bu haqda "Truth Social" şəbəkəsində yazıb.

"Yalan xəbərlər yayan CNN mediası bu gün, hər zamankı kimi, mənim İran nüvə proqramı ilə bağlı sazişimdə nüvə məsələsinə toxunulmadığı barədə dezinformasiya yayıb. Halbuki orada İranın nüvə silahına sahib olmayacağı çox aydın şəkildə qeyd olunub", — deyə o, qeyd edib.

Tramp həmçinin əlavə edib: "Sazişin növbəti bəndlərində nüvə probleminin digər müxtəlif aspektləri olduqca ətraflı və qəti şəkildə müzakirə olunur. Əslində, sənədin böyük hissəsi məhz bu məsələyə həsr edilib".

İran rəsmiləri isə dəfələrlə bəyan ediblər ki, ABŞ ilə ikitərəfli memorandum üzrə aparılan hazırkı danışıqlarda İran nümayəndə heyəti Tehranın nüvə proqramı ilə bağlı hər hansı bir müzakirə aparmır.

Əlaqəli Xəbərlər