Menyu

ABŞ İsrail və Livana yeni atəşkəs təşəbbüsü təqdim edib

Operativ Media
ABŞ İsrail və Livana yeni atəşkəs təşəbbüsü təqdim edib

ABŞ dövlət katibi Marko Rubio İsrail və Livan rəhbərliyinə atəşkəsin təmin olunmasına yönəlmiş yeni təşəbbüs təqdim edib.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ rəsmisinə istinadən Axios portalının jurnalisti Barak Ravid X sosial şəbəkəsində paylaşım edib.

Məlumata görə, ABŞ İsrail-Livan danışıqlarının irəliləməsi üçün ilkin addım kimi şiə radikal hərəkatı olan “Hizbullah”ın İsrailə qarşı bütün hücumları dayandırmasını təklif edib. Bunun müqabilində İsrail Beyrutda münaqişənin daha da genişlənməsindən çəkinəcək.

Mənbənin sözlərinə görə, son 48 saat ərzində Marko Rubio həm Livan Prezidenti Cozef Aun, həm də İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

Həmsöhbət bildirib ki, Livan Prezidenti bu təşəbbüsün irəlilədilməsi üçün cəhd göstərsə də, Livan parlamentinin sədri Nəbih Berrinin cavabı qeyri-müəyyən və məyusedici olub. O, “Hizbullah”ın atəşkəs şərtlərinə əməl edəcəyinə zəmanət verə biləcəyini desə də, ilk növbədə hərbi əməliyyatları İsrailin dayandırmalı olduğunu vurğulayıb.

Daha əvvəl İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin (SAXAL) XII əsrdə səlibçilər tərəfindən inşa edilmiş və strateji yüksəklikdə yerləşən Bofor qalasını nəzarətə götürdüyünü açıqlayıb. Qala Litani çayının şimalında, Beyrutdan təxminən 100 kilometr cənubda yerləşir.

Dəniz səviyyəsindən 300 metr yüksəklikdə yerləşən bu mövqedən Cənubi Livanın və Qalileyanın şimal hissəsinin geniş ərazisini müşahidə etmək mümkündür. İsrail bu strateji nöqtəyə 1982–2000-ci illərdə də nəzarət edib.

Əlaqəli Xəbərlər