İraq yeni nəhəng neft yatağı kəşf edib
İraq son illərdə ən böyük neft yataqlarından birinin kəşf edildiyini açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
Bildirilib ki, Səudiyyə Ərəbistanı ilə sərhədə yaxın cənubdakı Nəcəf əyalətində yeni ehtiyatlar aşkar edilib. İlkin hesablamalara görə, yalnız bir kəşfiyyat blokunda 8,8 milyard bareldən çox neft var.
Yataq ölkənin cənub-qərb hissəsindəki Qurnain blokunda yerləşir. Təxminən 8800 kvadrat kilometr ərazini əhatə edir. Blok üçün kəşfiyyat və işlənmə müqaviləsi 2024-cü ildə imzalanıb və ilk təsdiqlənmiş neft kəşfi artıq qeydə alınıb.
İraq Neft Nazirliyinin məlumatına görə, Şəms-11 kəşfiyyat quyusu yüngül neft yataqları aşkar edib. Quyunun ilkin hasilat həcmi gündə 3248 barel olaraq qiymətləndirilir.
Ərazidə kəşfiyyat və seysmik tədqiqatlar Çinin "ZhenHua Oil" şirkəti tərəfindən törəmə müəssisəsi olan "Qurnain Petroleum Limited" vasitəsilə aparılır. Yatağın kəşfindən sonra şirkət kəşfiyyatdan kommersiya istehsalına sürətli keçidi təmin edən sürətləndirilmiş investisiya planı təqdim edilib.