Ana səhifə / Dünya / Konqo və Uqandada 263 təsdiqlənmiş Ebola hadisəsi qeydə alınıb Konqo və Uqandada 263 təsdiqlənmiş Ebola hadisəsi qeydə alınıb 01.06.2026, 09:32 Şəfa Hüseynli Konqo Demokratik Respublikası və Uqandada 263 təsdiqlənmiş Ebola hadisəsi qeydə alınıb. Operativ Media xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri məlumat yayıb.Bildirilib ki, "Bundibugyo" kimi tanınan nadir Ebola növü indiyə qədər ən azı 43 nəfərin ölümünə səbəb olub. Reuters agentliyinin məlumatına görə , Braziliyada da Ebola virusuna yoluxma şübhəsi ilə bağlı iki hal araşdırılır. Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikası və Uqandada Ebola virusunun yayılması ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət elan edib.