Menyu

Zakir Həsənov Gürcüstanın Baş naziri ilə görüşüb - YENİLƏNİB

Şəfa Hüseynli
Zakir Həsənov Gürcüstanın Baş naziri ilə görüşüb - YENİLƏNİB

Gürcüstanın Tbilisi şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Baş naziri cənab İrakli Kobaxidze ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovaninin də iştirak etdiyi görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti, regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub.

Tərəflər, həmçinin regionda sülhün və sabitliyin qorunmasının əhəmiyyətini diqqətə çatdırıb, Gürcüstan və Azərbaycan arasında müdafiə sahəsində strateji tərəfdaşlığın və əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıblar.

***

10:19

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Operativ Media bu barədə Gürcüstan mediasına istinadən xəbər verir.

Bildirilib ki, görüşdə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub. Ölkələr arasında müdafiə sektorunda strateji tərəfdaşlığın və əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb. Diqqət regionda sülhün və sabitliyin vacibliyinə yönəldilib.

Görüşdə Gürcüstanın Baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani iştirak edib.

Əlaqəli Xəbərlər