Putin və Paşinyan Astanada keçirilən AİB sammitinin nəticələrini müzakirə ediblər
Şəfa Hüseynli
Rusiya Prezidenti Vladimir Putin mayın 29-da Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasının nəticələrini Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla müzakirə edib.
Operativ Media xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
"29 may tarixində Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasının nəticələri müzakirə edilib", - deyə bəyanatda bildirilir.