Menyu

Madyar Almaniya və Fransa liderləri ilə danışıqlar aparacaq

Şəfa Hüseynli
Madyar Almaniya və Fransa liderləri ilə danışıqlar aparacaq

Macarıstanın yeni Baş naziri Peter Madyar bu həftə ilk rəsmi görüşlərini Almaniya kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makronla keçirəcək.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, o, iyunun 2-də Berlinə, 3-də isə Parisə səfər edəcəyini açıqlayıb.

"Sabah Berlində Almaniya kansleri ilə görüşəcəyəm və oradan Fransa prezidentinin dəvəti ilə Parisə uçacağam", - deyə Madyar Budapeştdə keçirilən mətbuat konfransında bildirib.

Macarıstanın yeni baş naziri görüşdə hansı məsələlərin müzakirə olunacağını dəqiqləşdirməyib.

Əlaqəli Xəbərlər