Menyu

"Axios": Tramp atəşkəsin pozulması ilə bağlı Netanyahunu tənqid etdi

Operativ Media
"Axios": Tramp atəşkəsin pozulması ilə bağlı Netanyahunu tənqid etdi

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı onun Yaxın Şərqdəki fəaliyyətini qeyri-etik ifadələrlə kəskin tənqid edib.

Operativ Media xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin verdiyi məlumata görə, Tramp Netanyahunu "dəli" adlandırıb və vaxtilə ona göstərdiyi dəstəyi xatırladaraq deyib: "Mən olmasaydım, sən indi həbsxanada idin. İndi isə hamı sənə nifrət edir. Buna görə də hamı İsrailə nifrət edir".

Qeyd olunur ki, ABŞ lideri korrupsiya işi üzrə Netanyahunun həbs olunmasının qarşısını şəxsən aldığını birbaşa bəyan edib və İsrailin Livana zərbələr endirməsi nəticəsində beynəlxalq arenada daha böyük təcridlə qarşılaşacağını proqnozlaşdırıb. "Axios"un məlumatına görə, Amerika prezidentini çox sayda dinc sakinin həlak olması, eləcə də radikal şiə hərəkatı "Hizbullah"ın bir neçə komandirini sıradan çıxarmaq məqsədilə bütöv binaların sökülməsi faktı ciddi şəkildə narahat edib.

İyunun 1-də ABŞ lideri Netanyahu və "Hizbullah" rəhbərliyi ilə Livanda atəşkəsin əldə olunmasına dair razılığa gəldiyini bildirib. İsrailin Baş naziri ilə telefon danışığının yekunlarına əsasən, Amerika lideri İsrail qoşunlarının Beyruta daxil olmayacağını vurğulayıb.

Bundan əvvəl isə İranın "Tasnim" informasiya agentliyi, Tehranın İsrailin Livandakı eskalasiyasına etiraz olaraq Vaşinqtonla mesaj mübadiləsini dayandırdığı barədə məlumat yayıb. ABŞ və İran atəşkəs rejiminin uzadılmasını və Hörmüz boğazında gəmilərin hərəkətinin bərpasını nəzərdə tutan saziş layihəsi ətrafında mesajlar mübadiləsi aparırdı.

Əlaqəli Xəbərlər