Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə yeni namizəd irəli sürüb
Operativ Media
ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə Aleksandr Aldenin namizədliyini irəli sürüb.
Operativ Media-nın xəbərinə görə, onun namizədliyi ABŞ Senatı tərəfindən nəzərdən keçirilməli və təsdiqlənməlidir.
Qeyd edək ki, Aleksandr Alden amerikalı diplomat və beynəlxalq təhlükəsizlik üzrə ekspertdir. O, ilk Tramp administrasiyasında (2017-2021) xidmət edib, Dövlət Departamentində, Milli Təhlükəsizlik Şurasında və Pentaqonda vəzifələr tutub. Daha sonra o, Palantir Technologies-də (Amerika məlumat analitikası və proqram təminatının inkişafı şirkəti) baş məsləhətçi və "Atlantic Council" analitik mərkəzinin əməkdaşı oldu. O, ABŞ-nin xarici siyasəti, müdafiəsi və Avropa əlaqələri ilə bağlı işi ilə tanınır.